Futbol üzrə Türkiyə millisinin və Fransa təmsilçisi “Lill”in futbolçusu Yusuf Yazıcının evinə oğru girib.
Apasport.az “La Voix du Nord”a istinadən xəbər verir ki, hadisə aprelin 21-i gündüz saatlarında baş verib.
Futbolçu evdə olarkən qapının qarşısında səslər eşitdikdən sonra polisə müraciət edib. Yazıcının çağırışından sonra dərhal hadisə yerinə gələn polis oğruları evə girməmiş yaxalayaraq həbs edib.
Xatırladaq ki, daha əvvəl Yusuf Yazıcının maşını oğurlanıb. Ümumilikdə futbolçu üçüncü dəfədir ki, bu cür hadisə ilə qarşılaşır.
Qeyd edək ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib.
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
- “Liverpul” Şadeni yanvarda transfer etmək istəyir