Zaniolo “Qalatasaray”ın planlarında yoxdur - 3 klubdan təklif
21.06.2025 - 10:59
“Qalatasaray”ın heyətində gələcək mövsümdə yer alması gözlənilməyən Nikolo Zaniolo ilə bir neçə klub maraqlanır.
Apasport.az xəbər verir ki, İtaliya millisinin üzvü olan 25 yaşlı futbolçunu Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, İngiltərənin “Sanderlend” və İspaniyanın “Vilyarreal” klubları transfer etmək istəyir.
Hər üç klub “Qalatasaray”la danışıqlara başlamağa hazır olduqlarını bildirib.
2023-cü ilin qışında “Roma”dan “Qalatasaray”a transfer olunan Zaniolo ötən mövsümü icarə əsasında “Fiorentina"da keçirib.
Qeyd edək ki, Zaniolonun İstanbul klubuyla 2027-ci ilə qədər müqaviləsi var.
- "Liverpul" təyinatı açıqlamağa hazırlaşır: İRAOLA İLƏ MÜQAVİLƏ İMZALANACAQ
- “Qalatasaray” qiyməti açıqladı – Davinson üçün 20 milyon avro
- Arda Gülerə növbəti mükafat: MÖVSÜMÜN QOLU - VİDEO
- "Yuventus"un hücum planı: VLAHOVİÇ GEDİR, SÖRLOT GƏLİR
- Dünya çempionatında “Bavariya” ordusu: 18 futbolçu çağırıldı
0
0