Mövsümün əvvəlində "Qalatasaray"la 1+1 illik müqavilə imzalayan Hakim Ziyeş komandadan ayrılmaq istəyir.
Apasport.az xəbər verir ki, mərakeşli ulduzun ara transfer dövründə "sarı-qırmızılılar"la vidalaşacağı gözlənilir.
"Qalatasaray"ın bu axşam Super Liqada səfərdə qarşılaşacağı "Kayserispor" matçı üçün heyətdə yer almayan Ziyeşlə bağlı Mərakeş mətbuatı şok iddia səsləndirib.
Xəbərə görə, Ziyeş 4 aydan çoxdur ki, 250 min avroluq maaşını ala bilmir. Bu səbəblə, o, İstanbul klubundan ayrılmaq qərarına gəlib.
İddialara əsasən, Ziyeş nə imza pulunun, nə də maaşının bir hissəsini almayıb.
Qeyd edək ki, bu il "Qalatasaray"da daha bir oxşar mənzərə yaşanmışdı. Klub futbolçuların çempionluq mükafatlarını 3 ay gecikdirmişdi.