Azərbaycan Atletika Federasiyasında avqust–oktyabr aylarında məşqçilik kursları keçiriləcək.
Apasport.az xəbər verir ki, avqustun 19-dan sentyabrın 1-dək xarici mütəxəssis tərəfindən sprint və sədlərlə qaçış üzrə təlim təşkil olunacaq.
Sentyabrın 21–24-də milli komandanın məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək. Oktyabrın 27–31-də isə Uşaq-Gənclər İdman Məktəblərinin atletika bölmələrində çalışan məşqçilər üçün yerli seminar təşkil ediləcək.
Qeyd edək ki, xarici mütəxəssislərin də cəlb olunacağı təlimlərin əsas məqsədi məşqçilərin bilik və peşəkar bacarıqlarını inkişaf etdirməkdir.
- İlahə Quliyeva ABŞ-də keçiriləcək dünya çempionatına qatılacaq
- Azərbaycanlı məşqçi vəfat edib
- Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru təyin olunub
- Azərbaycan atleti U-18 Avropa çempionatında iştirak edəcək
- Azərbaycanın 10 atleti Balkan çempionatında mübarizə aparacaq