İdmançımız beynəlxalq turnirdə üçüncü yeri tutub
02.08.2025 - 20:44
İdmançımız beynəlxalq turnirdə üçüncü yeri tutub

Qazaxıstanın Almatı şəhərində atletika üzrə XXXIV Qosanov Memorialına start verilib.

Apasport.az xəbər verir ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 15 ölkəni təmsil edən 150-dən artıq idmançı iştirak edir.

İlk yarış günündə mübarizəyə qoşulan atletlərimizdən Nazim Babayev uğurlu çıxışla yadda qalıb. Uzunluğa tullanma növündə yarışan atletimizin göstəricisi 7.48 metr olub. Bu göstərici ilə Babayev beynəlxalq turnirdə 3-cü yeri tutub.

Qeyd edək ki, Nazim sabah üç təkanla tullanma növündə də mübarizə aparacaq.