10 Sentyabr 01:33 Azərbaycanlı atlet Brüsseldə 5-ci oldu
ATLETİKA xəbərləri 10 Sentyabr 01:33
2657 baxış

Azərbaycanlı atlet Brüsseldə 5-ci oldu

Beynəlxalq Aletizm Federasiyaları Assosiasiyasının (İAAF) təşkil etdiyi “Diamond Liqası”nın son yarışı Brüsseldə baş tutub. Apasport.az saytının məlumatına görə, Türkiyənin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev də 200 metrəyə qaçışda qüvvəsini sınayıb.

 

26 yaşlı atlet 20.21 saniyəlik nəticə ilə mübarizəni 5-ci sırada tamamlayıb. Yarışın qalibi isə foto-finişlə bəlli olub. Yamaykalı Yuliyan Forte və britaniyalı Adam Gemili eyni – 19:97 saniyə nəticə göstərsələr də, qələbə birinciyə verilib.

Xəbər lenti