"Neftçi" müntəzəm mövsümü qələbə ilə yekunlaşdırıb  
27.04.2024 - 01:04
"Neftçi" müntəzəm mövsümü qələbə ilə yekunlaşdırıb  

26 aprel "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 18-ci turunun üçüncü oyunu baş tutub.

Apasport.az xəbər verir ki, "Sərhədçi" və "Neftçi" klublarının qarşılaşdığı oyunu, "Neftçi" 73-69 hesablı qələbə ilə tamamlayıb. Bu qələbə ilə "Neftçi" klubu müntəzəm mövsümü 5-ci, pillədə tamamlayıb və pley-off 'da "Xırdalan" nın rəqibi olub. Müntəzəm mövsümü 6-cı sırada bitirmiş "Sərhədçi" isə, pley-off 'da "Xəzri" klubu ilə qarşılaşacaq.

Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Kaleb Hanter - 20 xal, 11 ribaund), "Neftçi" (Ceyms Haforn - 22 xal, 9 ribaund).

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında (ABL) pley-off oyunları may ayında start götürəcək

0