Zlatan Vanev Boyanka Kostovanın millidən imtinasına münasibət bildirdi
30.04.2014 - 10:16
Zlatan Vanev Boyanka Kostovanın millidən imtinasına münasibət bildirdi

“Boyanka Kostovanın Azərbaycan millisindən imtina etməsi ilə bağlı qərara təəccübləndim”. Apasport.az saytının məlumatına görə, bunu ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Zlatan Vanev deyib.

 

Belə ki, Bolqarıstan mətbuatı saytımızda gedən “Kostova Azərbaycan millisindən imtina etdi” xəbəri ilə bağlı Vanevin münasibətini öyrənib. Mütəxəssis bildirib ki, Boyanka Kostovanın bu qərarını yalnız təəccüblə qarşılayıb: “Mənə demişdi ki, Dünya Kubokuna qatılması ilə bağlı heç bir problem yoxdur. Onunla sms yazışmasını da telefonumda saxlamışam. Boyanka yazıb ki, rəhbərliyim altında çalışmağa hazırdır. Onun qərarının dəyişməsinin səbəbini isə kənarda deyil, Boyankanın özündə axtarmaq lazımdır”. 

0