[b]Messinin mundial şansı azalır[/b]
06.09.2017 - 09:59
[b]Messinin mundial şansı azalır[/b]

Cənubi Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, mundiala vəsiqəni vaxtından əvvəl təmin edən Braziliya ən yaxın izləyicisi Kolumbiya ilə səfərdə bərabərə qalıb.

 

Bundan məharətlə yararlanan Uruqvay səfərdə Paraqvaya qalib gələrək 2-ci pilləyə yüksəlib. Peru Ekvador üzərindəki qələbə sayəsində ilk “5-liy”ə yüksəlibsə, Boliviya səfərindən əliboş dönən Çili ordan kənarda qalıb.

 

Autsayder Venesuelanın müqavimətini qıra bilməyən Lionel Messili Argentina isə 5-ci pilləyə yuvarlanıb. Sona 2 tur qalmış “tanqoçular”ın final mərhələsinə yollanmaq şansı bir qədər də azalıb.

 

 

DÇ-2018-in seçmə mərhələsi

Cənubi Amerika zonası, XVI tur

 

Boliviya – Çili – 1:0

Qol: Arse, 58 (pen.)

 

Kolumbiya – Braziliya – 1:1

Qollar: Falkao, 56 – Villian, 45+2

 

Ekvador – Peru – 1:2

Qollar: Valensiya, 79 (pen.) – Flores, 73; Hurtado, 76

 

Argentina – Venesuela – 1:1

Qollar: Feltşer, 54 (avtoqol) – Murilyo, 51

 

Paraqvay – Uruqvay – 1:2

Qollar: Romero, 88 – Valverde, 76; Qomes, 80 (avtoqol)

 

 

1.

Braziliya

16

11

4

1

38-11

37

2.

Uruqvay

16

8

3

5

28-18

27

3.

Kolumbiya

16

7

5

4

19-16

26

4.

Peru

16

7

3

6

26-25

24

5.

Argentina

16

6

6

4

16-15

24

6.

Çili

16

7

2

7

24-23

23

7.

Paraqvay

16

6

3

7

17-23

21

8.

Ekvador

16

6

2

8

24-24

20

9.

Boliviya

16

4

1

11

14-34

13

10.

Venesuela

16

1

5

10

18-35

8

 

0