[b]"Belçika dünya çempionu olacaq"[/b]
23.06.2018 - 14:28
[b]"Belçika dünya çempionu olacaq"[/b]

“Çelsi” və Kot-d’İvuar millisinin sabiq hücumçusu Didye Droqba dünya çempionatındakı favoritini açıqlayıb. Apasport.az saytının məlumatına görə, o, Belçikanın mundialın qalibi olacağını düşünür.

 

Droqba ilk növbədə ev sahiblərinin oyununu dəyərləndirib: “Rusiya evdə oynayır. Birinci oyun məhsuldar alındı, ancaq bundan başqa danışılası heç nə yoxdu. Misir ilə görüşdə rusiyalı futbolçular əsl səviyyələrini göstərdilər. Oyun çox maraqlı alındı. Belə qarşılaşmalarda əsl futbola tamaşa etmək mümkündü”.

 

Sonda isə Didye seçimini niyə Belçikadan yana etməsinin səbəblərini açıqlayıb: “Dünya çempionatındakı favoritim Belçikadı. Onların qalib olacağını düşünürəm. Heç kim adlarını çəkmir, ancaq Lukaku, de Bröyne, Kompani, Azar – hamısı böyük futbolçulardılar. Həm də, bu komandada dostlarımın sayı çox olduğu üçün onları dəstəkləyirəm”.

 

Qeyd edək ki, DÇ-2018-də bir oyun keçirən Belçika millisi Panamanı məğlub edib.

0