21 May 11:45 DÇ-2018: 11 futbolçu heyətdən çıxarıldı
DÇ-2018 xəbərləri 21 May 11:45
918 baxış

DÇ-2018: 11 futbolçu heyətdən çıxarıldı

İran millisinin dünya çempionatı üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Karlos Keyruş 35 nəfərlik ilkin siyahıdan 11 futbolçunun adını çıxarıb.

 

Qarşıdakı yoldaşlıq görüşlərindən sonra daha 1 futbolçu heyətdən kənarlaşdırılacaq və yekun siyahı müəyyənləşəcək.

 

Qapıçılar: Alireza Beiranvand (“Persepolis”), Raşid Mazaxeri (“Zob Ahan”), Amir Abedzadə (“Maritimu”, Portuqaliya);

 

Müdafiəçilər: Pedjman Montazeri, Ruzbex Çeşmi, Macid Hosseyni (hamısı “İstiqlal”), Ramin Rezayan (“Ostende”, Belçika), Morteza Puraliqanji (“Əl-Sədd”, Qətər), Milad Mohammadi (“Axmat”, Rusiya), Mohammad Reza Xanzadə (“Padidex”);

 

Yarımmüdafiəçilər: Ehsan Haysafi (“Olimpiakos”, Yunanıstan), Məsud Şocai (AEK, Yunanıstan), Aşkan Dejaqa (“Nottingem Forest”, İngiltərə), Vahid Əmiri (“Persepolis”), Omid Ebrahimi (“İstiqlal”), Səid Ezatolahi (“Amkar”, Rusiya), Mehdi Torabi, Əli Qolizadə (hər ikisi “Saypa”), Saman Qoddos (“Ostersun”, İsveç);

 

Hücumçular: Kərim Ansarifard (“Olimpiakos”, Yunanıstan), Reza Qoçannejad (“Herenven”, Hollandiya), Alireza Cahanbaxş (“Alkmar”, Hollandiya), Sərdar Azmun (“Rubin”, Rusiya), Mehdi Taremi (“Əl-Qarafa”, Qətər).

 

Qeyd edək ki, İran yığması dünya çempionatında İspaniya, Portuqaliya və Mərakeşlə bir qrupda yer alacaq.

Xəbər lenti