DÇ-2018: "Əla futbolçularımız olsa da..." - Pele
07.06.2018 - 13:53
DÇ-2018: "Əla futbolçularımız olsa da..." - Pele

Braziliya futbolunun canlı əfsanəsi Pele yığma komandasının dünya çempionatındakı şanslarını dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 77 yaşlı futbol adamı yığmanın Neymardan asılı olmasından narahatlıq keçirdiyini gizlətməyib.

 

Üçqat dünya çempionu Neymarın komandanı təkbaşına arxasınca aparacaq gücdə olmadığını düşünür: “Titenin məşqçilik bacarığına güvənirəm. Ancaq mənim narahatlığım başqadı. Yığmanın bütün futbolçuları ayrı-ayrılıqda istedadlı olsa da, dünya çempionatına az vaxt qalmış hələ də kollektiv futbol anlayışı aşağıdı. Əla futbolçularımız olsa da, yaxşı komandamız yoxdu. Neymar artıq çox güclü və təcrübəli futbolçudu. Ancaq yenə də təkbaşına kuboku Braziliyaya gətirə bilməz. Bu kuboku yalnız komanda şəklində qazanmaq olar”.

 

Qeyd edək ki, Braziliya millisi mundialda İsveçrə, Serbiya və Kosta-Rika ilə eyni qrupda mübarizə aparacaq.

0