[b]DÇ-2018: Şakiri və Caka ağır cəzadan qaçdı[/b]
25.06.2018 - 22:18
[b]DÇ-2018: Şakiri və Caka ağır cəzadan qaçdı[/b]

DÇ-2018-in Serbiya ilə matçında siyasi təxribat xarakterli hərəkətləri ilə gündəmə gələn İsveçrənin futbolçuları Xerdan Şakiri, Qranit Cakanın jestləri diqqətlərdən yayınmamışdı. Apasport.az saytının məlumatına görə, FİFA onları və komanda yoldaşları Stefan Lixtştayneri cəzalandıracaq.

 

Belə ki, Albaniya əsilli hər iki oyunçu Serbiya ilə siyasi konflikt şəraitində olan ölkənin simvolu olan ikibaşlı qartalı əlləri ilə əks edirərək rəqibi provakasiyaya çəkməyə cəhd etmişdilər. Onlara komandanın kapitanı da qoşulmuşdu.

 

Ali futbol qurumunun hər üç oyunçunu ağır cəzalandıracağı və ən az iki matç cəza cerəcəyi gözlənilsə də, provakator futbolçular ağır cəzadan qaça biliblər.

 

Şakiri və Caka canını 10 min, Lixtştayner isə 5 min İsveçrə frankı miqdarında pul cəriməsi ilə qurtarıb.

0