[b]Fransa dünya çempionudur![/b]
15.07.2018 - 20:54
[b]Fransa dünya çempionudur![/b]

Bu gün Rusiyada keçirilən DÇ-2018-ə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 32 gün davam edən mundial final matçı ilə başa çatıb.

 

Həlledici qarşılaşmada Fransa və Xorvatiya üz-üzə gəlib. Finala qədər məğlubiyyət acısı yaşamayan rəqiblər dördilliyin ən yaxşısı olmaq üçün mübarizə aparıblar.

 

Azarkeşlərin 6 qola şahidlik etdiyi final matçı olduqca maraqlı mübarizəyə səhnə olub.

 

İlk hissəni qapıya cəmi 1(!) zərbə vura bilən Fransa 2:1 hesabı ilə öndə bitirib. İkinci hissədə isə əks hücumlarda diqqətli olan Deşamın komandası daha iki qol vuraraq fərqi artırıb.

 

Llorisin səhvindən yararlanan Mancukiç fərqi azaltsa da, bu, təsəllidən başqa bir işə yaramayıb.

 

Fransa tarixində ikinci dəfə dünya çempionu olub!

 

 

DÇ-2018

Final

15 iyul

Fransa – Xorvatiya - 4:2

Qollar: Mancukiç, 18 (avtoqol), Qrizman, 38 (pen.), Poqba, 59, Mbappe, 65 - Perişiç, 28, Mancukiç, 69

Hakim: Nestor Pitana (Argentina)

Moskva. “Lujniki” stadionu

 

Fransa: 1. Hüqo Lloris (q) (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizman, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lukas Hernandez

Ehtiyat oyunçular: 16. Stiv Mandanda (q), 23. Alfonso Areola (q), 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Usman Dembele, 12. Sorentin Tolisso, 15. Stiv Nzonzi, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florin Tauvin, 22. Benjamin Mendi

Baş məşqçi: Didye Deşam

 

Xorvatiya: 23. Daniel Subaşiç (q), 2. Şimo Vrasilko, 3. İvan Ştirniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Macukiç, 18. Ante Rebiç, 21. Domoqoy Vida

Ehtiyat oyunçular: 1. Dominik Livakoviç (q), 12. Lovre Kaliniç (q), 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badeli, 20. Marko Pyatsa, 22. Yosip Pivariç

Baş məşqçi: Zlatko Daliç

 

0