[b]Mundialın reytinq siyahısı: Mbappe, Ronaldo, Messi [/b]
16.07.2018 - 18:13
[b]Mundialın reytinq siyahısı: Mbappe, Ronaldo, Messi
[/b]

DÇ-2018-də çıxış edən futbolçuların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya mətbuatı 32 müxtəlif göstərici əsasında mundialın ən yaxşılarını müəyyənləşdirib.

 

Siyahıya Fransa millisi ilə dünya çempionu olan Kilian Mbappe başçılıq edir. Belçikayla bürüncə yiyələnən Eden Azar 2-ci, braziliyalı Neymar 3-cü olub.

 

Xorvatiyanın heyətində final həyəcanı yaşayan Luka Modriç 4-cü sırada qalıb. İngiltərəli Kiran Triooye 5-ci, fransalı Antuan Qrizmann 6-cı pillədə qərarlaşıb.

 

Belçikalı qapıçı Tibo Kurtua, fransalı Pol Poqba, həmçinin Kevin de Bruyne (Belçika) və Filippe Koutinyo (Braziliya) da ilk “onluğ”a düşüb.

 

Qeyd edək ki, dünyanın ən yaxşı futbolçuları sayılan Kriştianu Ronaldo və Lionel Messi liderlərdən uzaq düşüb. Portuqaliyalı 15-ci, argentinalı 34-cü yerdə qərarlaşıb.

0