18 Aprel 15:40 Federer “Rolan Qarros”da iştirakdan imtina etdi
DİGƏR NÖVLƏR xəbərləri 18 Aprel 15:40
357 baxış

Federer “Rolan Qarros”da iştirakdan imtina etdi

“Avstraliya Açıq” çempionu Rocer Federer mövsümün ikinci “Böyük dəbilqə” turniri “Rolan Qarros”da iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, cari ildə RQ-də iştirakdan imtina edən ilk tennisçi məhz elə Federer olub.

 

Bununla da, dünya 102 nömrəsi – 22 yaşlı serb tennisçi Laslo Djere “Fransa Açıq”da birbaşa iştirak haqqı əldə edib.

 

Əməliyyatdan sonra birbaşa ot korta dönməyi planlaşdıran 2016-cı ilin finalçısı Endi Marreyin də turnirdə iştirak etməməsi gözlənilir.

 

Qeyd edək ki, “Rolan Qarros” mayın 27-də başlayacaq və 10 iyun tarixinə qədər davam edəcək.

Xəbər lenti