16 Oktyabr 10:41 Ramil Quliyev ilin atleti seçilmədi
DİGƏR NÖVLƏR xəbərləri 16 Oktyabr 10:41
585 baxış

Ramil Quliyev ilin atleti seçilmədi

Avropa Atletika İttifaqı ilin idmançılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, kişi atletlər arasında 3 namizəddən biri, azərbaycanlı Ramil Quliyev nominasiyanın qalibi ola bilməyib.

 

Türkiyə yığmasının şərəfini qoruyan həmyerlimizi almaniyalı nizəatan Yohannes Vetter qabaqlayıb. Qadın atletlər arasında isə şüvüllə tullanmada Yekaterini Stefanidi ilin idmançısı seçilib.

 

Qeyd edək ki, bu 2 atletlə yanaşı, Ramil Quliyev də Londonda keçirilən dünya çempionatının qızıl medalını qazanıb. 

Xəbər lenti