[b]Ronaldo Messini qabaqladı, Lebron Ceyms ikincidi[/b]
23.05.2018 - 16:51
[b]Ronaldo Messini qabaqladı, Lebron Ceyms ikincidi[/b]

ESPN dünyanın ən məşhur idmançılarının siyahısını dərc edib. Apasport.az saytının məlumatına görə, reytinq sponsor müqavilələri, sosial şəbəkədəki izləyicilərin sayı və axtarış sistemlərindəki nəticələrə əsasən hazırlanıb.

 

Sayca üçüncü dəfə açıqlanan siyahıya "Real"ın hücumçusu Kriştiano Ronaldo başçılıq edir. Sosial mediada 121,7 milyon izləyicisi olan portuqaliyalı futbolçunun sponsorluq anlaşmaları isə 40 milyon dollar dəyərində qiymətləndirilir.

 

NBA-da "Klivlend Kavalyers" forması geyən Lebron Ceyms ikinci, "Barselona"nın ulduzu Lionel Messi isə üçüncü sırada qərarlaşıb.

 

Dünyanın ən məşhur idmançıları

1. Kriştiano Ronaldo ("Real", futbol)

2. Lebron Ceyms ("Klivlend", basketbol)

3. Lionel Messi ("Barselona", futbol)

4. Neymar (PSJ, futbol)

5. Rocer Federer (tennis)

6. Tayqer Vuds (qofl)

7. Kevin Durant ("Qolden Steyt", basketbol)

8. Rafael Nadal (tennis)

9. Stefen Körri ("Qolden Steyt", basketbol)

10. Fil Mikelson (qolf)

 

Qeyd edək ki, Kriştiano Ronaldo ardıcıl üçüncü dəfə ESPN tərəfindən dünyanın ən məşhur idmançısı seçilir.

0