[b]Yığma həkiminin zorladığı gimnastlara 1,3 milyon dollar ayrıldı[/b]
23.05.2018 - 18:48
[b]Yığma həkiminin zorladığı gimnastlara 1,3 milyon dollar ayrıldı[/b]

ABŞ Milli Olimpiya Komitəsi zorakılığa məruz qalan gimnastlara dəstək fonduna 1,3 milyon dollar vəsait ayırıb. Apasport.az saytının məlumatına görə, ölkənin Gimnastika Federasiyasının təsis etdiyi fonda yatırılan maliyyə idmançıların müdafiəsi proqramı çərçivəsində reallaşıb.

 

Bu vəsait seksual zorakılıqdan əziyyət çəkən gimnastlara veriləcək. Həmçinin onların psixoloqları da maaşla təmin ediləcəklər.

 

ABŞ Milli Olimpiya Komitəsindən yeni bir fondun yaradılacağı da bildirilir. İlin sonunda fəaliyyətə başlayacaq qurum digər idman növlərində də eyni problemlə üzləşən idmançılara dəstək verəcək.

 

Qeyd edək ki, ötən il 200-dən artıq gimnast ABŞ millisinin sabiq həkimi Larri Nassar tərəfindən zorlandığını açıqlamışdı.

0