23 Noyabr 11:21 Beş taekvondoçumuzdan dördünə çinli rəqib
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 23 Noyabr 11:21
324 baxış

Beş taekvondoçumuzdan dördünə çinli rəqib

Çinin Usi şəhərində taekvondo üzrə “Böyük Dəbilqə” beynəlxalq açıq turnirinin ilk günü üçün püşk atılıb. Apasport.az saytına verilən məlumata görə, yarışa 8 idmançı ilə qatılan Azərbaycan yığmasının 5 üzvünün də rəqibi bəlli olub.

 

Olimpiya çəki dərəcələri üzrə baş tutacaq G1 kateqoriyalı turnirdə 3 taekvondoçumuz 1/16, 2-si 1/8 finaldan mübarizəyə başlayacaq. Bu gün dayanq üzərinə çıxacaq təmsilçilərimizdən Ayxan Tağızadə və Məhəmməd Məmmədovun rəqibi isə 1/32 final görüşlərinin nəticəsinə əsasən dəqiqləşəcək.

 

68 kq

1/16 final. Ayxan Tağızadə - Suo Jia/Xu Vanq (hər ikisi Çin)

1/16 final. Məhəmməd Məmmədov – Bolin Çen/Yanqlianq Yao (hər ikisi Çin)

1/16 final. Əliəsgər Əliyev – Ruddi Mateo (Dominikan Respublikası)

 

+80 kq

1/8 final. Ramin Əzizov – Jenyu Guo (Çin)

1/8 final. Payam Qobadi Oğaz – Jian Tian (Çin)

 

Qeyd edək ki, sabah Qaşım Maqomedov, Əli Məmmədov (hər ikisi 58 kq) və Səid Quliyev (80 kq) gücün yoxlayacaq. Turnirdə mükafatçılar sırasında yer alacaq taekvondoçular dekabrda keçiriləcək “Böyük Dəbilqə” seriya yarışlarına lisenziya əldə edəcəklər.

 

Xəbər lenti