[b]“Bizi Tokioda nə gözlədiyini yalnız Allah bilir” – Radik İsayev[/b]
28.12.2016 - 16:28
[b]“Bizi Tokioda nə gözlədiyini yalnız Allah bilir” – Radik İsayev[/b]

Rio Olimpiadasının taekvondo yarışının qalibi Radik İsayevin apasport.az saytına müsahibəsi

 

- Bir neçə gündən sonra 2016-cı il tarixin yaddaşına qovuşacaq. Artıq idmanla bağlı hər şey yekunlaşdığından arxada qalan ilin  necə dəyərləndirərdiz?

- Bu Olimpiya tsikli mənim üçün çox uğurla başa çatdı. Dünya çempionatı, Avropa Oyunları, Avropa çempionatı və Olimpiya Oyunları yığmamız üçün uğurlar baxımından məhsuldar alındı. Bu üzdən təkcə 2016-cı ili deyil, 4 illiyi müsbət qiymətləndirmək olar.

 

- Rio Olimpiadasının qalibi olduz. Bu uğuru Tokioda da təkrarlamaqla, Azərbaycan tarixinə düşə bilərsiz. Çünki bizdə bu çempionluğu 2 dəfə qazanan yoxdu...

- Heç kim öncədən nəsə deyə bilməz. Bizi Tokioda nə gözlədiyini yalnız Allah bilir.

 

- Adətən uğurlar və böyük mükafat idmançıları dəyişir. Rionun qalibi olmaq sizi də dəyişibmi?

- Bunu mən deyə bilmərəm. Kənardan siz qiymət verə bilərsiz.

 

- Bəs telefon nömrənizi dəyişmisizmi?

- 3 dəfə.

 

- Səbəb nə olub?

- İtirdiyim üçün dəyişirdim.

 

- Bəlkə qızların əlindən qurtulmaq üçün belə etmisiz...

- Yox, mən qızlarla ünsiyyət qurmuram. Ailəliyəm, 2 qızım var.

 

- 2017-ci illə bağlı arzularınız nədi?

- Bütün idmançılara uğurlar arzulayıram. Bu tempdə davam etdirsinlər.

 

- Bu fikirlə razısızmı, Radik Riodan sonra ən populyar idmançı olub?

- Dəqiq nəsə deyə bilmərəm. Amma yəqin ki, müəyyən mənada populyarlıq var.

 

- Populyarlığın insana bəzən mane olması fikri ilə necə, razısızmı?

- Yox, buna mənə heç mane olmur.

 

- Bəs populyar olmaq ürəyinizcədimi?

- Bir az populyar olmuşam. Bu da məni qane edir. Şəhərdə görənlər tanıyırlar. Əsas odu ki, mənə mane olmur.

 

0