"Barselona" ispaniyalı yarımmüdafiəçini almaq istəyir
26.04.2024 - 10:54
"Barselona" ispaniyalı yarımmüdafiəçini almaq istəyir

"Valensiya"nın yarımmüdafiəçisi Pepelu karyerasını başqa İspaniya klubunda davam etdirə bilər.

Apasport.az "Todofichajes" portalına istinadla xəbər verir ki, yarımmüdafiəçinin xidmətində “Barselona” maraqlıdır.

"Blauqrana"nın baş məşqçisi Xavi Hernandes bu futbolçunu gələn mövsüm komandasında görmək istəyir. Pepelunun transfer qiyməti 16 milyon avro olaraq qiymətləndirilir.

Onun "Valensiya" ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. İspaniya çempionatının bu mövsümündə 25 yaşlı yarımmüdafiəçi 32 oyun keçirib, 5 qol (hamısı penaltidən) və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0