9 Yanvar 09:29 Boksçular ilin ilk yarışına start verir
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 9 Yanvar 09:29
349 baxış

Boksçular ilin ilk yarışına start verir

Bu gün yeniyetmə boksçular arasında açıq Bakı birinciliyi start götürəcək. Apasport.az saytının məlumatına görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 150-dək idmançı gücünü yoxlayacaq.

 

İlin ilk birinciliyinə paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qatılacaq. 2002-2003-cü il təvəllüdlü boksçular arasında baş tutacaq yarışda 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşdirəcək.

 

Döyüşlər bu gün saat 15:00-da başlanacaq. Final qarşılaşmaları isə yanvarın 12-də olacaq.

Mənbə: abf.az