[b]Cüdo yığmamızın rəqibi müəyyənləşdi[/b]
17.07.2018 - 17:07
[b]Cüdo yığmamızın rəqibi müəyyənləşdi[/b]

Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək qarışıq komandalar arasında Avropa çempionatının püşkatması baş tutub. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan millisinin də rəqibi müəyyənləşib.

 

Yarışa 1/16 finaldan başlayacaq yığmamız Polşa ilə görüşəcək. Bu cütün qalibi növbəti raundda Hollandiya ilə qarşılaşacaq.

 

Qeyd edək ki, 21 komandanın qatıldığı sabah baş tutacaq yarışda 10 yığma 1/16, 11-i isə 1/8 finaldan mübarizəyə qoşulacaq. Hər komandada 3 kişi və 3 qadın cüdoçudan ibarət olacaq.

0