[b]Federasiya kuboku uğrunda turnir keçirilib[/b]
02.06.2018 - 15:57
[b]Federasiya kuboku uğrunda turnir keçirilib[/b]

Şamaxıda növbəti cüdo turniri keçirilib. Apasport.az-ın Azərbaycan Cüdo Federasiyasının saytına istinadən məlumatına görə, regionlararası Federasiya kuboku uğrunda turnir bu ilin sentyabrında Bakıda baş tutacaq cüdo üzrə dünya çempionatının təbliğinə həsr olunub.

 

Region yarışında iki yarımqrupda ümumilikdə 6 komanda mübarizə aparıb. “Sumqayıt-1” və “Şimal-şərq” bütün rəqiblərinə qalib gəliblər.

 

Yekunda “Qərb-1” və “Şimal-şərq” klubları ikinci yeri bölüşüblər. "Naxçıvan” və “Sumqayıt-3” isə üçüncü pilləyə ortaq olublar.

 

Qeyd edək ki, final görüşləri Göygöl rayonunda baş tutacaq.

0