[b]Seks qalmaqalına görə istefa[/b]
21.05.2018 - 18:51
[b]Seks qalmaqalına görə istefa[/b]

Türkiyə Taekvondo Federasiyasının vitse-prezidenti İbrahim Uzun istefa verib. Apasport.az saytının məlumatına görə, qurum rəsmisi milli komandada baş verən seks qalmaqalına səbəbindən postundan ayrılıb.

 

O bildirib ki, idman ictimaiyyətinin qınağı onu çox üzüb və buna görə də işini davam etdirə bilməyəcək.

 

Qeyd edək ki, Türkiyə millisinin üzvləri oteldə qrup halında sekslə məşğul olublar. Bu prosesdə yığmanın 5 kişi və 1 qadın taekvondoçusu iştirak edib. İdmançılar sekslə məşğul olmaqla kifayətlənməyib, baş verənləri telefonun yaddaşına da köçürüblər. Lakin sonradan həmin fotoşəkillər sosial mediada paylaşılıb. Bunun kim  tərəfindən yayıldığı açıqlanmasa da, taekvondoçuların üzləri aydın şəkildə görünür. Bu hadisə Türkiyə idman ictimaiyyətində şok effekti verib.

 

Sonradan isə qadının taekvondoçu olmadığı açıqlanıb.

0