[b]300-cü qolla gələn ilk qələbə[/b]
19.02.2018 - 11:20
[b]300-cü qolla gələn ilk qələbə[/b]

“Keşlə” Azərbaycan çempionatlarında 300-cü səfər qolunu vurub. Apasport.az saytı xəbər verir ki, Premyer Liqanın XVI turunun “Kəpəz”lə Gəncədəki qarşılaşmasına təsadüf edən yubiley topunun müəllifi Fuad Bayramov olub.

 

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən paytaxt təmsilçisi rəqib meydanlarında 300 və daha çox qol vuran 4-cü komandadı. 300-cü qolu 251-ci səfər matçında vuran bakılılara qədər “Neftçi”, “Qarabağ” və “Kəpəz” bunu bacarıb. “Keşlə”nin səfərdəki məhsuldarlığı 1,20—yə bərabərdi.

 

Qeyd edək ki, Bayramovun yeganə qolu sayəsində 1:0 hesabı ilə qalib gələn, həmçinin 11 oyunluq qələbə həsrətinə son qoyan “Keşlə” indiki adı altında və yeni baş məşqçisi Yuri Maksimovla ilk dəfə 3 xal əldə edib. Paytaxt təmsilçisi son qələbəsini 162 gün öncə, 2017-ci il sentyabrın 9-da “Kəpəz”lə ev matçında qazanmışdı – 3:2. Bundan sonrakı 11 görüşdə 3 heç-heçəsi olan komanda 8 dəfə uduzub.

0