[b]32 çempion, 16 vəsiqə - AFİŞA[/b]
16.07.2018 - 15:14
[b]32 çempion, 16 vəsiqə - AFİŞA[/b]

Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, 32 ölkənin çempionu iki gün ərzində 16 vəsiqə üçün mübarizə aparacaq.

 

İlk oyun günündə 10 cüt meydana çıxacaq. Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibi “Valetta” ilə “Kukesi” arasında ikinci dueldə bəlli olacaq.

 

“Qarabağ”ın “Olimpiya” ilə duelində məğlub olan komandanın rəqibi də sabah rəsmiləşəcək. “Lüdoqorets” ilk matçda 7 qol vurduğu “Kruzaders”i Avropa Liqasına göndərəcək.

 

Təmsilçimizin Sloveniya klubu ilə qarşılaşması ikinci oyun günündəki 6 görüşdən biri olacaq. Həmin gün yığmamızın futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu “Astana” səfərdə “Sutyeska”nın qonağı olacaq.

 

Çempionlar Liqası

I təsnifat  mərhələsi, cavab oyunları

 

17 iyul

20:00. “Valletta” (Malta) - “Kukesi” (Albaniya)

İlk oyun - 0:0

 

20:00. HİK (Helsinki, Finlandiya) - “Vikinqur” (Farer Adaları)

İlk oyun – 2:1

 

21:00. “Hapoel” (Beer-Şeva, İsrail) - “Flora” (Tallin, Estoniya)

İlk oyun – 4:1

 

21:00. “Malmö” (İsveç) - “Drita” (Kosovo)

Ilk oyun – 3:0

 

21:00. APOEL (Kipr) - “Suduva” (Litva)

İlk oyun - 1:3

 

22:00. TNS (Uels) - “Şkendiya” (Makedoniya)

İlk oyun – 0:5

 

22:15. “Videoton” (Macarıstan) - “Düdelanj” (Lüksemburq)

İlk oyun – 1:1

 

22:30. “Srvena Zvezda” (Serbiya) - “Spartak” (Latviya)

İlk oyun - 0:0

 

23:00. “Legiya” (Varşava, Polşa) - “Kork Siti” (İrlandiya)

İlk oyun – 1:0

 

23:00. “Kruzaders” (Şimali İrlandiya) - “Ludoqorets” (Bolqarıstan)

İlk oyun - 0:7

 

18 iyul

 

21:00. “Zrinski” (Bosniya və Herseqovina) - “Spartak” (Slovakiya)

İlk oyun - 0:1

 

21:00. “Şerif” (Moldova) - “Torpedo” (Kutaisi, Gürcüstan)

İlk oyun – 1:2

 

21:00. “Qarabağ” (Azərbaycan) - “Olimpiya” (Sloveniya)

İlk oyun - 1:0

 

21:45. “Rusenborq” (Norveç) - “Valyur” (İslandiya)

İlk oyun - 0:1

 

22:00. “Sutyeska” (Monteneqro) - “Astana” (Qazaxıstan)

İlk oyun - 0:1

 

22:45. “Seltik” (Şotlandiya)  - “Alaşkert” (Ermənistan)

İlk oyun – 3:0

 

0