13 Sentyabr 13:52 AFFA-dan Ayxan Abbasova xəbərdarlıq
FUTBOL xəbərləri 13 Sentyabr 13:52
713 baxış

AFFA-dan Ayxan Abbasova xəbərdarlıq

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının IV turunun oyunlarında baş verənlər müzakirə olunub.

 

İclasda yeganə xoşagəlməz məqamla bağlı qərar da verilib. “Qəbələ” ilə səfər matçının 90+1-ci dəqiqəsində oyunun baş hakiminə sərt etiraz edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasova xəbərdarlıq edilib. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaq.

 

Xəbər lenti