[b]AL: Həftənin ən yaxşısı açıqlandı[/b]
23.02.2018 - 18:46
[b]AL: Həftənin ən yaxşısı açıqlandı[/b]

Avropa Liqasının (AL) 1/16 final mərhələsində cavab matçlarının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, UEFA-nın apardığı səsvermənin qalibi “Latsio”nun hücumçusu Çiro İmmobile olub.

 

“Styaua” ilə qarşılaşmada (5:1) het-trikə imza atan İmmobile oyunla yanaşı, həftənin qəhrəmanı seçilib. Azarkeşlər arasında aparılan sorğunun qalibi olan forvard 49% səs toplayıb.

 

Onu “Milan”ın hücumçusu Fabio Borini (32%) və “Atletiko”nun forvardı Kevin Qameyro (15%) izləyib.

0