17 May 13:55 “Atletiko” Oblakı buraxmaq istəmir
FUTBOL xəbərləri 17 May 13:55
469 baxış

“Atletiko” Oblakı buraxmaq istəmir

“Atletiko” rəhbərliyi hələ uzun müddət qolkiper Yan Oblakla əməkdaşlıq etmək niyyətindədi. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, klub sloveniyalı qapıçının müqaviləsində göstərilən sərbəst qalma məbləğini qaldırmaq istəyir.

 

“Oblakın sərbəst qalma məbləğini artırmaq istəyirik, ancaq ilk növbədə ona etimad göstərməliyik. Oblak klubda qalmaq istəyir. Həmçinin biz də onun karyerasını burada davam etdirməsinin tərəfdarıyıq” – deyə, “Atletiko”nun direktoru Migel Anxel Xil bildirib.

 

Hazırda Oblakın “Atletiko” ilə 2021-ci ilə qədər olan müqaviləsi var. Onun sərbəst qalma məbləği 100 milyon avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti