[b]Azarın alternativi tapıldı[/b]
22.07.2018 - 21:11
[b]Azarın alternativi tapıldı[/b]

Eden Azarı “Real”a satmağa hazırlaşan “Çelsi” onun əvəzləyicisini axtarmağa başlayıb. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “zadəganlar” “Mançester Yunayted”in futbolçusu Antoni Marsyalı “qaralayıb”.

 

“Qırmızı şeytanlar” fransalı oyunçunu komandada saxlamaq niyyətində olsa da, London klubu rəsmi təklif göndərməyə hazırlaşır. Onunla həmçinin “Bavariya” və Dortmund “Borussiya”sı da maraqlanır. “Çelsi” bu keçid müqabilində 100 milyon avroluq təklif edəcək.

 

Qeyd edək ki, Antoni Marsyal ötən mövsüm meydana çıxdığı 30 oyunda 9 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

0