11 İyun 13:35 “Azərbaycan millisindən imtina etdim” - “Trabzonspor”un futbolçusu
FUTBOL xəbərləri 11 İyun 13:35
4417 baxış

“Azərbaycan millisindən imtina etdim” - “Trabzonspor”un futbolçusu

“Trabzonspor”un futbolçusu Murat Cem Azərbaycan millisindən təklif alıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu barədə məlumatı gənc yarımmüdafiəçi özü verib.

Ötən mövsümün ikinci dövrəsini icarə əsasında “1461 Trabzon”da keçirən 19 yaşlı orta sahə oyunçusu AFFA-nın dəvətini qəbul etmədiyini söyləyib: “Tranzonspor”un aşağı yaş qrupunda çıxış etdiyim vaxt Azərbaycandan təklif almışdım. Məni bu ölkənin U-18 komandasına çağırmışdılar. Lakin təklifi qəbul etmədim. Çünki Türkiyə millisindən dəvət gözləyirdim. Ancaq Türkiyə yığmasına da çağırılmadığım üçün çox məyus olmuşdum”.

Yenidən “Trabzonspor”a qayıdan Murat Cem bu klubun U-21 komandasına qoşulub.

Qeyd edək ki, Murat Cem 2016-cı ildə Azərbaycanın U-17 yığmasının heyətində 4 yoxlama görüşündə iştirak edib.

Xəbər lenti