[b]“Barselona”nın müdafiəçisinə təklif[/b]
14.06.2018 - 15:00
[b]“Barselona”nın müdafiəçisinə təklif[/b]

“Barselona”nın müdafiəçisi Yerri Mina karyerasını başqa klubda davam etdirə bilər. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, Dortmund “Borussiya”sı kolumbiyalı futbolçunun xidmətində maraqlıdı.

Alman klubu artıq “Barselona” ilə ilkin danışıqlara başlayıb.

Qışda “Borussiya” “Palmeyras”a 25 milyon avro təklif edərək, Minanı “Barselona”dan öncə heyətinə qatmaq istəsə də, plan baş tutmamışdı. Katalon klubunun braziliyalılarla əvvəlcədən anlaşması səbəbindən müdafiəçi 12 milyon avroya “Barsa”nın yolunu tutmuşdu.

Qeyd edək ki, Minanın “Barselona” ilə olan müqaviləsi 2023-cü ilə kimi nəzərdə tutulub. Onun sərbəst qalma məbləği 100 milyon avro təşkil edir.

0