26 Aprel 01:12 “Barselona”nın rekordu təkrarlandı
FUTBOL xəbərləri 26 Aprel 01:12
591 baxış

“Barselona”nın rekordu təkrarlandı

İspaniyanın “Real” klubu Çempionlar Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi qitənin ən nüfuzlu klub turnirində 150 qələbə qazanan ilk komanda olub.

 

Yubiley qələbəsi yarımfinalın “Bavarlya” ilə ilk matçına təsadüf edib. Münhendə qazanılan 2:1 hesablı əzmkar qələbə sayca 150-ci olub.

 

Ümumilikdə isə avrokuboklarda 306-cı qələbəsini qazanan “Real” “Barselona”ya məxsus rekordu təkrarlayıb. Növbəti qələbə Zinəddin Zidanın komandasını mütləq rekordçuya çevirəcək.

Xəbər lenti