23 May 13:23 BBC açıqladı: Billiat Azərbaycana yollanır
FUTBOL xəbərləri 23 May 13:23
3810 baxış

BBC açıqladı: Billiat Azərbaycana yollanır

“Qarabağ”a transferi gözlənilən Xama Billiat “Mamelodi Sandaunz”un heyətində son oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komanda Afrika Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Horoya”nın qonağı olub.

 

Qvineyada keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmada qonaqların ilk qoluna 69-cu dəqiqədə məhz Billiat imza atıb. İkinci qolda isə o, komandasına penalti qazandırıb. Futbolçu 90-cı dəqiqədə baş məşqçi tərəfindən əvəzlənib.

 

BBC bunun “Mamelodi Sandaunz”la müqavilə müddəti mayın sonuna qədər olan Billiatın vida matçı olduğunu yazıb. Xəbərdə Zimbabve millisinin üzvünün karyerasını ölkəmizdə davam etdirəcəyi də vurğulanıb: “Billiat 6 il formasını geyindiyi “Mamelodi Sandaunz”la vidalaşdı. Bundan sonra yeni komandasına keçəcək. Hücumçu çox güman ki, Azərbaycan klubuna yollanacaq”.

Xəbər lenti