[b]"Biz hələlik komanda deyilik" - Mourinyo[/b]
23.07.2018 - 10:59
[b]"Biz hələlik komanda deyilik" - Mourinyo[/b]

”Mançester Yunayted” mövsüm öncəsi yoldaşlıq görüşündə “San-Xose” ilə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, baş məşqçi Joze Mourinyo oyunun yekunlarını dəyərləndirib.

 

Portuqaliyalı mütəxəssisin indilik yaxşı nəticələr qazanmaq iqtidarında olmadığını bildirib: ”Növbəti məşq sessiyası geridə qaldı. Biz hələlik komanda deyilik, sadəcə, müxtəlif komandalardan toplanmış oyunçularımız var: kimi əsas heyət üzvüdü, kimi gənclərdəndi, icarədən qayıdanlar, yeniyetmələr var... Hələlik yaxşı nəticə qazanacaq komandamız yoxdu. Əsas heyətin 10 oyunçusunun olmaması çətindi. Bununla belə, nə qədər ağır olsa da, motivasiyamızı itirməməyə çalışırıq”.

 

“Mançester Yunayted” yeni mövsüm hazırlıqları çərçivəsində növbəti oyununu iyulun 26-da keçirəcək. “Qırmızı şeytanlar” Beynəlxalq Çempionlar kubokunda “Milan”la qarşılaşacaq.

0