[b]BOS-dan “Beşiktaş”a dəstək - FOTO[/b]
22.11.2017 - 00:46
[b]BOS-dan “Beşiktaş”a dəstək - FOTO[/b]

“Beşiktaş” Çempionlar Liqasının qrup mərhələsində doğma meydanda “Porto” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, matçdan 1:1 hesablı bərabərliklə ayrılan İstanbul klubu sona bir tur qalmış növbəti mərhələyə çıxmağı təmin edib.

 

Bakı Olimpiya Stadionunun rəhbərliyi də Türkiyə təmsilçisinin bu uğuruna biganə qalmayıb. Belə ki, ötən gün saat 19:00-dan 00:00-a qədər stadionun divarlarında “Beşiktaş”ın ağ-qara rəngləri işıqlandırılıb.

 

Qeyd edək ki, Super Liqanın son çempionu Çempionlar Liqasında məğlub olmadan mərhələ adlamağı təmin etmiş ilk türk klubudur.

0