[b]Britaniya mediası “Çelsi”nin heyətini açıqladı: Sürprizlər var[/b]
11.09.2017 - 00:13
[b]Britaniya mediası “Çelsi”nin heyətini açıqladı: Sürprizlər var[/b]

Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” sentyabrın 12-də səfərdə “Çelsi” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatı Londonda keçiriləcək matçın təxmini start heyətlərini açıqlayıb.

 

“Zadəganlar”ın bir ildən sonra yenidən qitənin ən nüfuzlu klub turnirində iştirak etməsi haqqında geniş yazı hazırlayan “Evening Standart” və “Sunday Express” nəşrləri “Qarabağ”ın 4-cü cəhdində qrup mərhələsində oynaya bildiyini də vurğulayıblar.

 

Matçın ehtimal olunan heyətləri ilə bağlı isə ingilis həmkarlarımız “Çelsi”nin rotasiyalı bir komanda ilə oynayacağını düşünürlər. Yeni transferlərin start heyətində meydana çıxmasını yüksək dəyərləndirən ingilislər zədədən dönən Eden Azarın da ilk dəqiqələrdən meydanda olacağını düşünürlər.

 

Beləliklə, İngiltərə mediasının fikrincə “Çelsi” “Qarabağ”a qarşı aşağıdakı heyətlə oynayacaq.

 

Villi Kabalero – Antonio Rüdiger, Qari Keyhill, Andreas Kristiansen – Devid Zappakosta, Markos Alonso, Nqolo Kante, Danni Drinkvoter – Villian, Eden Azar, Miki Batşuay

0