Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Çelsi” – “Qarabağ” oyununa münasibət bildirib. APA-nın məlumatına görə, nazir futbol üzrə bilici olmasa da, nəticə ilə artıq tanış olduğunu deyib.
Alan Dunkan Azərbaycan çempionuna “Çelsi”ni Bakıda 7:0 hesabı ilə məğlub etməyi arzulayıb: “Düşünürəm ki, Azərbaycan futbolunun keyfiyyəti yüksəlir. “Çelsi” – “Qarabağ” matçında komandanız məğlub olsa da, təcrübəni nəzərə alsaq, bu, pis nəticə deyil. Nəticə getdikcə yaxşılaşacaq”.
O, əfsanəvi hakim Tofiq Bəhramovun Britaniyada hörmətlə yad edildiyini də bildirib: "Onun adı Britaniyanın futbol tarixinə yazılıb".