[b]“Buna görə “Qato”ya üzrxahlıq etdim” – Tərlan Əhmədov[/b]
20.05.2018 - 21:01
[b]“Buna görə “Qato”ya üzrxahlıq etdim” – Tərlan Əhmədov[/b]

“Meydana 3 xal üçün çıxmışdıq, onu da qazandıq. Mən komandaya gələndə 1 xalımız vardı, indi isə 46 xalla mükafatçılar sırasındayıq. Bu işdə bizə dəstək olan “Neftçi” ailəsinin hər bir üzvünü, futbolçuları, o cümlədən uzun məsafə qət edən azarkeşlərimizi təbrik edirəm və “çox sağ ol” deyirəm”. Apasport.az-ın “Neftçi”nin rəsmi saytına istinadən məlumatına görə, bu sözləri Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XXVIII turunda səfərdə “Kəpəz”lə qarşılaşan “ağ-qaralar”ın baş məşqçisi matçdan sonra fikirlərini bölüşüb: “Bu uğurda “Neftçi” ailəsinin hər bir üzvünün əməyi var. İlboyu çətin günlərdə bizə dəstək verən, “Neftçi” ailəsinin ayrılmaz hissəsi olan fanatlarımıza təşəkkür edirəm”.


Jurnalistlərin suallarını cavablandıran baş məşqçi meydana sonradan buraxdığı Fransisko Qarsianı yenidən əvəzləməsini belə izah edib: “Kirilo Petrov qırmızı vərəqə ilə cəzalandırılandan sonra meydana yenicə daxil olmiş Qarsianı məcburiyyətdən əvəzlədim. Çünki cinah oyunçumuz olmadığı üçün Rəhman Hacıyevi çıxara bilməzdim. Buna görə də “Qato”ya üzrxahlıq etdim ki, gələcək oyunlarında bu əvəzetmənin ona heç bir təsiri olmasın”.

 

Tərlan Əhmədov futbolçuların Ramazan ayında oruc tutmaqda azad olduqlarını deyib: “Mən Allahın əmrinə qarşı çıxa bilmərəm. Hər bir futbolçu bu işdə ixtiyar sahibidir, dində azaddır”.

0