[b]ÇL: Turun oyunçusu adına 8 namizəd[/b]
19.10.2017 - 14:55
[b]ÇL: Turun oyunçusu adına 8 namizəd[/b]

Çempionlar Liqasının III turunun ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. Apasport.az saytının məlumatına görə, ən yaxşı olmağa 8 oyunçu iddia edir.

 

Bunlar Kvinsi Promes (“Spartak”), Lionel Messi (“Barselona”), Kriştianu Ronaldo (“Real”), Neymar (PSJ), Eden Azar (“Çelsi”), Markus Reşford (“Mançester Yunayted”), Mohammad Salah (“Liverpul”) və Cenk Tosundu (“Beşiktaş”).

 

Qeyd edək ki, UEFA-nın rəsmi saytı vasitəsilə keçirilən səsvermə sabah yekunlaşacaq.

 

0