Dortmund təmsilçisi "Borussiya" olduqca uğurlu mövsüm keçirir.
Apasport.az xəbər verir ki, Bundesliqa klubu "ölüm qrupu"ndan çıxaraq Çempionlar Liqasının finalına yüksəlib.
"Borussiya" Çempionlar Liqası başa çatdıqdan sonra məğlub olsa da, yüksək məbləğdə pul qazanacaq.
Buna səbəb Cud Bellingemin 2023-cü ilin yayında Dortmund klubundan 130 milyon avroya "Real Madrid"ə transfer olmasıdır. İngilis futbolçunun "Real"la müqaviləsində Bellingem Çempionlar Liqasını qazansa, "Borussiya"ya 25 milyon avro veriləcəyi ilə bağlı bənd var.
Xatırladaq ki, Çempionlar Liqasının finalında qazanan komandanı 20 milyon avro mükafat gözləyir.
Beləliklə, "Borussiya" finalda məğlub olacağı təqdirdə daha çox pul qazanacaq.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu