[b]Dopinqdə “ilişən” futbolçunun cəzası açıqlandı[/b]
23.02.2018 - 11:34
[b]Dopinqdə “ilişən” futbolçunun cəzası açıqlandı[/b]

Keçən il dopinqdə “ilişən” “Şaxtyor”un futbolçusu Dario Srna ilə bağlı yekun qərar verilib. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı müdafiəçi bu ilin avqust ayına qədər diskvalifikasiya olunub.

 

Qərarı Ukrayna Milli Antidopinq Mərkəzi qəbul edib.

 

Günahını boynuna alan Srna sentyabrın 22-də “Şaxtyor”un heyətində məşqləri dayandırıb. Onun cəzası avqustun 22-də bitəcək. Lakin reqlamentə əsasən, Srna iki ay əvvəl, yəni iyunun 22-dən “Şaxtyor”da məşqlərə başlaya biləcək.  

 

Qeyd edək ki, mayda 36 yaşını tamamlayacaq Dario Srna 2003-cü ildən “Şaxtyor”un üzvüdü. 

0