[b]Dünya çempionatına aparılmayan alman futbolçu milli karyerasını bitirdi[/b]
17.05.2018 - 17:24
[b]Dünya çempionatına aparılmayan alman futbolçu milli karyerasını bitirdi[/b]

“Bavariya”nın hücumçusu Sandro Vaqneri bundan sonra Almaniya millisinin forması ilə görmək mümkün olmayacaq. Apasport.az saytının “Bild”ə istinadən məlumatına görə, Yoahim Lövün onun adını dünya çempionatının iştirak ərizəsinə daxil etməməsinə görə qəzəblənən 30 yaşlı futbolçu yığma karyerasını bitirmək qərarı alıb.

 

“Məncə, hər şey aşkardı: həyata baxışım, səmimiliyim, dürüstlüyüm yığma komandanın məşqçilər heyətinin ürəyincə deyil” – deyə, Vaqner bildirib.

 

Qeyd edək ki, Sandro Vaqnerin əvəzinə, daha öncə əsas millidə oyun təcrübəsi olmayan, “Frayburq”un hücumçusu Nils Petersenin adı iştirak ərizəsinə daxil edilib.

0