[b]“Düz yoldayıq” – Sənan Qurbanov[/b]
24.06.2018 - 12:25
[b]“Düz yoldayıq” – Sənan Qurbanov[/b]

“Kukesi” yetərincə ciddi rəqib idi. Məlumat toplamaq üçün yaxşı qarşılaşma oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.

 

Sloveniyada hazırlıqları davam etdirən “qırmızı-qaralar” ilk yoxlama oyunu keçiriblər. Əyalət klubu Albaniya təmsilçisi “Kukesi” ilə üz-üzə gəlib.

 

1:1 hesablı bərabərlikdən sonra matç haqqında fikirlərini klub saytı ilə bölüşən Qurbanov oyunun səmərəli keçdiyini deyib: “Matçdan öncə yaxşı məlumat yığacağımıza ümid edirdik. Sloveniya toplanışına 3 gün öncə başladığımızı nəzərə alsaq, bu oyundan, xüsusilə də ikinci hissədən razı qaldım. Fiziki hazır olduğumuzu deyə bilmərik. Buna görə də elə oyun üslubu seçmişdik ki, futbolçularımız az qaçsınlar, topla davransınlar, sıx oynasınlar. “Kukesi” ilə qarşılaşmada oyunçuların buna cəhd etdiklərini görə bildim. Demək olar ki, futbolçular düz yoldadı. Matçdan istədiklərimi aldım. Oyunu analiz edəcəyik. Toplanışa onun üçün gəlmişik ki, səhvlərimizin üzərində işləyək. Futbolçulardan oyunlar zamanı aldıqlarımızı daha da çoxaltmaq istəyirik”.

0