[b]Ən yüksək ödənişli qapıçı olacaq[/b]
19.06.2018 - 11:00
[b]Ən yüksək ödənişli qapıçı olacaq[/b]

“Mançester Yunayted”in qapıçısı David De Xea klubunda qalmaq qərarına gəlib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu “mankunianlar”ın yeni müqavilə təklifini qəbul edib.

“Real”ın da maraq dairəsində olan qolkiper mançesterlilərlə ilkin razılıq əldə edib. İspaniya millisinin “bir nömrəsi” dünya çempionatından sonra “Mançester Yunayted”lə yeni 5 illik sazişə qol çəkəcək. De Xeanın illik məvacibi isə 21 milyon avro olacaq. Bununla da o, dünyanın ən yüksək ödənişli qapıçısına çevriləcək.

Qeyd edək ki, David De Xea “Mançester Yunayted”ə 2011-ci ildə “Atletiko”dan keçib.

0