[b]FİFA referisindən biabırçı qərar - FOTO[/b]
17.02.2017 - 13:40
[b]FİFA referisindən biabırçı qərar - FOTO[/b]

Avropa futbolunda söz-söhbətə səbəb olacaq daha bir hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının 1/16 final mərhələsində keçirilən “Legiya” – “Ayaks” matçında hakimlər kobud səhvlə yadda qalıblar.

 

Belə ki, Varşavada baş tutan qarşılaşmanın əvvəllərində qonaq komandanın təmiz qolu hesaba alınmayıb. Məsələ burasındadı ki, Devi Klaasenin zərbəsindən sonra “Legiya”nın qolkiperi topu qapı xəttini tam keçdikdən sonra qaytarsa da, bu, ispaniyalı hakimlər briqadasının gözündən yayınıb. Nə baş hakim David Fernandes Borbalan, nə yan xətt hakimi, nə də qapı arxasında dayanan referi epizodu düzgün qiymətləndirə bilib. Nəticədə daha bir biabırçı hakim səhvi qeydə alınıb.

 

Son vaxtlar baş verən analoji problemlər üzündən əksər ölkələr texnologiyanın köməyinə ehtiyac duymağa başlayıblar. Bu gedişlə UEFA da avrokuboklarda videotəkrardan istifadə edəcək.

 

Qeyd edək ki, “Legiya” – “Ayaks” görüşü 0:0 hesabı ilə başa çatıb.

0