[b]“Hamımız azərbaycanlı balalarıyıq” – Cavid İmamverdiyev[/b]
25.02.2018 - 19:53
[b]“Hamımız azərbaycanlı balalarıyıq” – Cavid İmamverdiyev[/b]

“Sumqayıt”ın futbolçusu Cavid İmamverdiyev “Keşlə” ilə oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyunla bağlı nə deyə bilərsiz?

- Bu gün özümüzə bənzəmirdik. Həm ilk hissədə, həm də fasilədən sonra istədiyimiz oyunu göstərə bilmədik. Düzdü, ikinci hissənin sonlarında bir az düzəltdik, amma ilk yarıdakı oyunumza görə “Keşlə” üçün asan oldu. Amma sona qədər mübarizə apardıq və qalib gəldik. Çox sevinirəm. Komanda yoldaşlarımı da təbrik edirəm. “Keşlə”yə də uğurlar arzulayıram. Qarşıda bizi "Qarabağ”la matç gözləyir.

 

- İsətdiyiniz kimi oynamadığnızı dediniz. Bunun səbəbi "Neftçi”nin xal itirməsi ola biər?

- Xeyr. Heç vaxt öz oyunumuzu başqa komandaya görə qurmuruq. Qələbə qazanmaq istəyirdik və buna nail olduq.

 

- Qələbə qolunu elə qeyd etdiniz ki, komanda sanki avrokuboklara vəsiqə qazanmışdı...

- Avropa Liqası söhbətinə görə deyildi. Oyunun son anları gedirdi və hesab da bərabər idi. Vurulan qol da belə sevinc yaşatdı. Bizim yerimizə “Keşlə” də olsaydı, belə edəcəkdi. Hamımız azərbaycanlı balalarıyıq. Sadəcə son anda qol vurmağın sevinci idi. 

 

- Artıq Neftçi”ni 7 xal qabaqlayırsız...

- Bizim üçün fərqi yoxdur. Öz oyunumuza baxırıq. Nə qədər qabağa getsək, o qədər yaxşıdı. Komandamız azərbaycanlı futbolçulardan ibarətdi, ona görə də fəxr edirəm.

 

- Neftçi” ilə həm 4-cü yer uğrunda, həm də ölkə kubokunda mübarizə aparırsız, sizə sərf edər ki, onlar kubok qazanmasınlar...

- Biz kubokla çempionat oyununda fərq qoymuruq. Bizdə elə düşüncə yoxdur ki, kubokla çempionat oyununda fərq qoyaq. Bunu Samir müəllim də tapşırıb. Hər iki cəbhədə mübarizə aparacağıq.

 

- Paltardəyişmə otağında da sevinciniz hiss olunurdu. Sizə mükafat söz verilib?

- Mükafat hər oyundan sonra olur. Rəhbərliyə də təşəkkür edirik. Hər şey qaydasındadı. Klub prezidentinin də ad günü idi. Ona görə səs-küy daha da artmışdı.

 

- Keşlə” ilə kubokun yarımfinalında da oynayacaqsız. Bu qələbə sizə arxayınlıq yaratmayacaq?

- Xeyr. Bizə fərq etmir. Hər matç öz oyunumuzu göstəririk.

 

- Bu gün səndən qabaqda yeni hücumçu Ülvi İsgəndərli çıxış edirdi. Anlaşmanız necə idi?

- Ülvi gənc və perspektivlidir. Onun oyunu xoşuma gəlir. İnşallah, bizə gələcək matçlarda kömək edəcək.

0