[b]"Hər klub “Neftçi” kimi varlı deyil" - Neboyşa Vinyeviç[/b]
12.07.2018 - 23:45
[b]"Hər klub “Neftçi” kimi varlı deyil" - Neboyşa Vinyeviç[/b]

“Rəqibi təbrik etmək istəyirəm. Öz oyunçularıma da belə oyun üçün təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Uypeşt”in baş məşqçisi Neboyşa Vinyeviçə məxsusdu.

 

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”nin qonağı olan Macarıstan təmsilçisi evinə məğlub dönür – 1:3. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Vinyeviç bu sözləri deyib: “Oyundan öncə də bilirdim ki, “Neftçi” daha təcrübəlidi və keyfiyyətli futbolçulara malikdi. Bilirdim ki, “Neftçi” məğlubedilməzdi. Deyə bilərəm ki, tam hazır deyildik, futbolçularımızı itirmişdik. Oyunun əvvəlində qol vurduq, inanırdım ki, qalib gələcəyik. Hesabda önə keçdikdən sonra rəqib topa sahib olmağa başladı. Təəssüf edirəm ki, hər üç qolu “Neftçi”yə hədiyyə etdik”.

 

– İki futbolçunuz iştirak edə bilmirdi. Bunun günahkarı kimdi?

– Bu məsuliyyətsizlik rəhbərliyin boynundadı.

 

– 1:0-dan sonra oyuna olan proqnozunuz necə idi?

– Hesab bərabərləşdikdən sonra da rəqib topa daha çox yiyələnirdi, bilirdim ki, rəqib güclüdü.

 

– İki futbolçunuzun gələ bilməməsinə görə, komandanın təyyarəsinin kiçik olduğu deyilirdi. Belə klubda işləməyinizə görə peşman deyilsiniz?

– Bu sualı cavablandırmaq istəmirəm. 5 ildi burda çalışıram. İki futbolçumu itirdiyimə görə də, təəssüflənirəm. Hər klub “Neftçi” kimi varlı deyil. Hər kəsin səhvi ola bilər.

 

– Cavab oyunundan gözləntiləriniz nədi?

– Tam qüvvə ilə oynayacağıq, azarkeş dəstəyimiz olacaq. Əlimizdən gələni edəcəyik.

 

– “Neftçi”nin futbolçularından kimi fərqləndirərdiz?

– Rəhman Hacıyevi deyə bilərəm, həmçinin Darionu. Dabo yaxşı oyunçudu, ancaq onda üst səviyyə görmədim. Hacıyev isə daha yaxşı klublarda oynaya bilər.

0